Rövşən Nəcəf: “SOCAR Karbamid”in xarici bazarlara ixracı 8 dəfə artıb”

523

Bu ilin birinci rübündə “SOCAR Karbamid” zavodunun xarici bazarlara ixrac həcmi 8 dəfə, dəyər isə 33 dəfə artıb.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf özünün “Facebook” səhifəsində yazıb.

“Bunun da Azərbaycanın xarici ticarət saldosuna müsbət təsiri 93 milyon ABŞ dolları təşkil edib”, – R.Nəcəf bildirib.

Onun sözlərinə görə, “SOCAR Karbamid” zavodu tərəfindən daxili bazara 53,4 min ton karbamid satılıb: “Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 224 % çoxdur”.

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər