Röya yeni klipini təqdim etdi – VİDEO

1479

Əməkdar artist Röya Ayxan yeni klip çəkdirib.

Oxu.Az xəbər verir ki, sözləri Nüsrət Kəsəmənliyə məxsus olan “Səndən başqa” mahnısını ekranlaşdıran ifaçı bu dəfə türkiyəli rejissor Nihat Odabaşı ilə işbirliyi qurub.

Müxtəlif məkanlarda baş tutan çəkilişlərdə puerto-rikolu model Frederik Valentinlə yanaşı, gənc müğənni Samirə Əfəndi də rol alıb.

Klipin diqqət çəkən məqamlarından biri sevilən ifaçının rəngarəng geyimləri olub. Belə ki, R.Ayxanın libaslarından birini ona N.Odabaşı hədiyyə edib.

Fərqli sujet xətti olan klipdə Röyanın saç və makyajı üzərində məşhur stilist Elnur Həsənov çalışıb.

Çəkilişləri dörd gün davam edən ekran işinin operatoru Yıldız Eren olub. O, daha öncə də Əməkdar artistin “Gemiciler” klipini lentə alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər