Rusiyada dəhşətli faciə – Azərbaycanlı uşaqlar evdə yanaraq ölüb

1062

Rusiyanın İrkutsk vilayətində yaşayış evindəki yanğın zamanı 3 azərbaycanlı uşaq ölüb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, ötən gün Xudoyelanskoye qəsəbəsindəki taxta evdə gecə tək qalan 1, 2, 3 yaşlı uşaqlar səhər baş verən yanğn nəticəsində faciəvi şəkildə yanıblar.

Onların Azərbaycan vətəndaşı olan ataları il yarım əvvəl vətənə deportasiya olunub. Onların 24 yaşlı yerli sakin olan anaları isə həmin gecə barda işdə olub. Uşaqları 55 yaşlı nənələri yatızdırdıqdan sonra qonşuya gedib.

İlkin ehtimala görə, yanğına səbəb uşaqların kibritlə oynamaları, yaxud közərən siqaret ola bilər.

Hadisə ilə bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər