Rusiyanın hansı şəhərləri gəlmələrə sərfəlidir?

1651
Rusiyanın “Adzuna” portalının ekspertləri hansı şəhərlərin xarici və yerli gəlmələr üçün daha sərfəli olduğunu təhlil ediblər. Novator.az-ın məlumatına görə, təhlil zamanı orta maaş məbləği, birotaqlı mənzilin kirayə haqqı və yaşayış minimumu meyarları nəzərə alınıb.
Tədqiqat göstərib ki, Rusiyada gəlmələr üçün ən sərfəli şəhər Voronejdir. Bu şəhərdə orta maaş 33,3 min rubl (1000 rubl 25,9 manatdır), birotaqlı mənzilin kirayə haqqı 10,6 min rubl göstərilir. Bölgədə yaşayış minimumu həddi 8,6 min rubldur. Əsas xərcləri çıxdıqdan sonra işçinin əlində 14 min rubl əlavə vəsaiti qalır.
İkinci yerdə 39,9 min rublluq orta maaş, 13,9 min rubl dəyərində birotaqlı mənzil kirayəsi, 12,2 min rubl həddində olan yaşayış minimumu ilə Krasnoyarsk gəlir. Əldə 13,8 min qazanc qalır.
Üçüncü yerdə Omsk qərarlaşıb: orta maaş – 33,7 min rubl, birotaqlı mənzil kirayəsi – 11,1 min rubl, yaşayış minimumu – 8,9 min rubl. Əldə qalan məbləğ 13,7 min rubl təşkil edir.
Ekspertlərin rəyinə görə, gəlmələr üçün paytaxt Moskvada (orta maaş 47,2 min rubl), Sankt-Peterburqda (orta maaş 38,8 min rubl) və Novosibirskdə (orta maaş 22,6 min rubl) daha çox pul qazanmaq lazımdır. Bu şəhərlərdə boş iş yerləri çox deyil, yaşayış minimumunun həddi yüksəkdir, ev kirayələmək baha başa gəlir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər