Rusiyaya ilk dəfə getdi… – Fotolar

536

Şimali Koreya prezidenti Kim Çen In ilk dəfə Rusiyaya rəsmi səfər edib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Həsən sərhədyanı stansiyasında zirehli qatardan düşən KXDR rəhbərini milli geyimlərdə olan rus qızları əllərində duz-çörəklə qarşılayaraq ona gül dəstəsi təqdim ediblər.

Inı Rusiya XİN rəhbərinin müavini İqor Morqulov, Rusiyanın Koreya Xalq Demokratik Respublikasındakı səfiri Aleksandr Matseqor, Uzaq Şərq və Arktika üzrə inkişaf naziri Aleksandr Kozlov, Primorski diyarının qubernatoru Oleq Kojemyako qarşılayıb.

Qeyd edək ki, Rusiya prezidenti  Vladimir Putinlə Şimali Koreya liderinin ilk rəsmi görüşü aprelin 25-də Rus adasındakı Uzaq Şərq Federal  Universitetinin kampusunda baş tutacaq. Onun Rusiya səfəri aprelin 27-də bitəcək.








www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər