S.Vurğun adına Mərkəzi kitabxana biblioqrafik vəsait hazırlayıb

1068

S.Vurğun adına Mərkəzi kitabxananın Məlumat-biblioqrafiya şöbəsiSumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyi münasibətilə biblioqrafik vəsait hazırlamışdır. Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubiley tədbirləri çərçivəsində Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi silsilə tədbirlər həyata keçirmiş və keçirməkdədir. İl ərzində şəhər kitabxanalarında viktorinalar keçirilmiş, disputlar, sərgilər təşkil edilmiş, biblioqrafik xülasələr verilmişdir. Bu tədbirlərin davamı olaraq S.Vurğun adına Mərkəzi kitabxananın Məlumat – biblioqrafiya şöbəsi 2 hissədən ibarət “Sumqayıt danışan tariximizdir” və “Sumqayıtın mədəni həyatı” adlı biblioqrafik göstərici tərtib etmişdir. Çox zəngin materialları özündə əks etdirən, son 10 illik bir dövrü əhatə edən bu vəsaitlərin vasitəsilə Sumqayıtın tarixi, ekologiyası, iqtisadiyyatı, ictimai-siyasi, ədəbi və mədəni həyatı və s. sahələri ilə bağlı oxucuları maraqlandıran suallara cavab tapmaq olar. Biblioqrafik göstəricinin I hissəsi Sumqayıtın 60 illik həyatına işıq salan girişdən, XI bölmə və yarımbölmələrdən ibarətdir: I Bölmə: Sumqayıt və onun qəsəbələri bütövlükdə II Bölmə: Təbiəti mühafizə və ekologiya III Bölmə: Səhiyyə IV Bölmə: Demoqrafiya.Tarix V Bölmə: İqtisadiyyat VI Bölmə: Şəhərin ictimai – siyasi həyatı VII Bölmə: Elm VIII Bölmə: Xalq maarifi IX Bölmə: Mətbuat X Bölmə: Sumqayıtın ədəbi həyatı XI Bölmə: Sumqayıt bədii həyatda 1797 adda ədəbiyyatı özündə əks etdirən bu vəsait geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Xatırladaq ki, bu vəsait doğma şəhərimizin 30, 40, 45 və 50 illik yubileyləri münasibətilə tərtib edilmiş biblioqrafik göstəricilərin davamıdır. Göstəricinin II hissəsi isə “Sumqayıtın mədəni həyatı” adlanır. Biblioqrafik göstərici Sumqayıtın 60 illik mədəni həyatına işıq salan yığcam girişdən, 8 bölmə və yarımbölmələrdən ibarətdir. Bu bölmələr aşağıdakılardır: I bölmə: Sumqayıtın mədəni həyatı II bölmə: Turizm III bölmə: Klub işi IV bölmə: Park işi V bölmə: Kitabxana işi VI bölmə: Muzey işi VII bölmə: Arxiv işi VIII bölmə: İncəsənət 766 adda ədəbiyyatı özündə əks etdirən biblioqrafik göstərici geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər