Sabah Sumqayıtın bu ərazilərində təbii qaz olmayacaq

1550

Sumqayıtda “Şəhər 4” orta təzyiqli yeraltı qaz kəmərində baş vermiş sızma nəticəsində sabah şəhərin bir sıra ərazilərində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
Sumqayıt Qaz İstismarı Sahəsindən Lent.az -a verilən məlumata görə, yaranan problemin aradan qaldırılması məqsədilə iyulun 10-da saat 10:00-dan saat 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrin, 11, 12, 13, 20, 21-ci mikrorayonların, Corat qəsəbəsi, Novxanı, Saray, Corat və Metallurq bağları, Yaşıldərə yaşayış massivində qaz təchizatı dayandırılacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər