Sabir Allahquliyev: “Biz sürprizlərlə dolu olan komandayıq”

277

“Sumqayıt” klubunun hücumçusu Sabir Allahquliyev sportinfo.az saytına müsahibəsində həm, komandasının hazırlıq mərhələsini necə keçirdiyi haqqında fikirlərini bildirib,  həm də “Sumqayıt”ın Topaz Premyer-Liqasındakı şansını dəyərləndirib.

– Təlim-məşq toplanışı necə gedir?

– Pis deyil, hər şey normaldır, hər şey yüksək səviyyədədir.

– Səncə, bu təlim-məşq toplanışı “Sumqayıt”a nə kimi xeyir verəcək?

– Bilirsiniz, əslndə belə təlim-məşq toplanışları adətən ölkə xariclərlərində olur, amma vətəndə də pis getmir (gülür). Hazırda zədəliyəm, ayağımda kiçik problem var. İnşallah, 2-3 günə mən də kollektiv məşqlərə qoşulacam.

– Qış transfer pəncərəsində hansısa klublardan təklif almısanı?

– Xeyr, heç kimdən təklif almamışam. Hələ ki, “Sumqayıt”dayam maya qədər də bu klubla müqaviləm var. Çalışacağam ki,müqavilə müddətim başa çatana kimi komandama xeyir verim.

– Başqa klubların futbolçuları kimi, ölkə xaricində təlim-məşq toplanışı keçmək istərdinmi?

– Əlbəttə, mən də istərdim ki, Antaylada təlim-məşq toplanışı keçək. Yaxud, olmasın Antalya, olsun başqa bir ölkə. Ölkə xaricində təlim-məşq toplanışı keçmək daha  xeyirlidir. Komanda sanki onda daha yaxşı motivasiya olur.

– “Sumqayıt”ın  ilk “altılığ”a düşmək şanslarını necə dəyərləndirirsən?

– Bizi qarşıda 4 çətin oyun gözləyir. İki  oyunda qalib gəlib, iki oyunda heç-heçə etsək ilk “alıtlıq”da olacağıq.

– Səncə,  “Sumqayıt”dan sürpriz gözləmək olar?

– Biz sürprizlərlə dolu olan komandayıq (gülür). İnşallah, çalışacağıq ki, istəyimizə nail olaq.

– İlk “altılığ”a düşəcəyiniz təqdirdə “Sumqayıt”ın qarşısına qoyulan məqsəd nə olacaq?

– Əgər ilk “alıtlığ”a düşsək, yalnız və yalnız avrokuboklar uğurunda mübarizə aparacağıq.

 

Hidayət QURBANOV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər