Sabirabadda qəza: ölən qızın yaxınları sürücünü döydülər

1077
Ötən axşam Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Salyan-Sabirabad avtomobil yolunun Sabirabad rayonunun Cəngən kəndindən keçən hissəsində 18 yaşlı kənd sakini Lamiyə Xalıq qızı Mərdanova Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini, 31 yaşlı Rövşən Elşən oğlu İsmayılovun idarə etdiyi “Mercedes-C” markalı 90 EH 382 dövlət nömrə nişanlı minik maşını ilə vurulub. Hadisə baş verən zaman piyada L.Mərdanova yaxınları ilə birgə bacısının Salyan rayonunda keçirilən toy məclisindən qayıdırmış. Onlar avtobusdan düşərək yolu keçmək istədikləri zaman Lamiyəni maşın vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Bundan qəzəblənən həyatını itirmiş piyadanın yaxınları sürücünü döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiklərindən o, maşını hadisə yerində qoyaraq könüllü Salyan Rayon Polis Şöbəsinə gəlib və təslim olub.
Faktla bağlı araşdırma aparılır. (Virtualaz.org)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər