Şad xəbər

183

Sabahdan başlayaraq, Azərbaycanda havanın temperaturu tədricən yüksəlməyə başlayacaq, aprelin 1-də isə respublikanın bəzi yerlərində temperatur 25 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 31-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub küləyinin sürəti 8-13 m/san olacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.

Aprelin 1-də isə hava əsasən, yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 4-6, gündüz 12-17 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir.

Mərkəzi Aran rayonlarında hava əsasən, yağmursuz olacaq. Havanın temperaturu gecə 4-9, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir.

Yuxarı Qarabağda havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyə kimi isti olacağı gözlənilir.

Azərbaycanın cənub rayonlarında gecə 5-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər