Şahdağda 1 günlük tətil neçəyə başa gəlir? – QİYMƏTLƏR

929

“Şahdağ” Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib.

Mərkəz Azərbaycanının böyük qafqaz dağ silsiləsinin ətəyində, toxunulmayan ekoloji sistemi və zəngin flora və fauna ilə tanınan Şahdağ milli parkının yaxınlığında yerləşir.

Kompleks hər ili dekabr – fevral ayları arası minlərlə yerli və xarici turisti qəbul edir.

Minval.İnfo burada 1 günlük istirahət etmək istəyənlər üçün kiçik bir araşdırma aparıb.

Araşdırmamıza ilk olaraq burada yerləşən otellərlə başladıq. “Şahdağ” yay-qış turizm kompleksinin yaxınlığında 4 otel var. Bunlardan 3-ü bahalı adlandıra biləcəyimiz beş ulduzlu otellərdir. Digəri isə nisbətən münasib 4 ulduzlu “Zirvə” otelidir. Burada tək otaqda bir gün qalmaq həftə içi 80 manat, həftə sonu isə 100 manatdır.  Bu qiymətə səhər və günorta yeməkləri də daxildir. Otel kompleksə çox yaxın olduğundan nəqliyyata pul vermək məcburiyyətindən qaçınmış olursunuz.

“Şahdağ” yay-qış turizm mərkəzi daxilində qiymətlər

Turizm mərkəzi bura baş çəkən turistlər üçün bir çox xidmətlər təklif edir. Xüsusilə xizəksürmə turistlərin diqqətini daha çox cəlb edir. Bundan əlavə aeoroxizəkdə, kvadrosiklda və at üstündə gəzinti bura gələnlərə təklif edilir.

Xizək ləvazimatlarının 1 günlük kirayəsi 50 manatdır. Burada xizək sürmək istəyənlər üçün kompleksin 7 zolağı nəzərdə tutulub. Bu zolaqlardan ən uzunu 2 kilometrdir. Xizək sürənlər enişə başlamaq üçün əvvəlcə dörd kanat yolu vasitəsilə yüksəkliyə qalxırlar. Bu kanatlardan istifadə isə 8 manatdır.

Əgər siz kvadrosikl sürmək istəyirsinizsə kvadrosiklın növündən asılı olaraq 20 dəqiqəlik gəzinti üçün 24-41 manat arası puldan keçməli olacaqsız. Aeoroxizəklərdə 10 dəqiqəlik gəzinti 22 manat, 20 dəqiqəlik gəzinti isə 38 manatdır.

Adrenalin sevənlər üçün kanatla yüksəklikdən sürüşmə – ZİPLAYN fəaliyyət göstərir. ZİPLAYN-ın qiyməti isə 1 eniş üçün 9 manatdır. Bu kimi atraksionlar sizə görə deyilsə, 7 manatınızdan keçərək at üstündə gəzintiyə çıxa bilərsiniz.

Restoran qiymətləri

Bu haqda yazmadan əvvəl etiraf etməliyəm ki, qiymətlər heç də sərfəli deyil. Burada olduğumuz müddətdə nisbətən sərfəli adlandıra biləcəyimiz “Tez Bazar” restoranında qiymətlərlə maraqlandıq.

  1. Ənənəvi mərci şorbası – 6 AZN
  2. Toyuq şorbası keşniş ilə – 7 AZN
  3. Veqeterian pizza – 6 AZN
  4. Qeyri vegeterian pizza – 8 AZN
  5. Qızardılmış toyuq naggetları – 7 AZN
  6. Buğlama – 10 AZN
  7. Dolma – 10 AZN
  8. Kartof fri – 4 AZN
  9. Basmati düyüsü (adi) – 4 AZN

Tamerlan Mehdi

Minval.İnfo

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər