Sahibkar çay evində borc üstündə güllələndi — TƏFƏRRÜAT

402

Həmyerlisini borc üstündə güllələyən Ağsu rayon sakini Ali Məhkəməyə müraciət edib.

“ölkə.az” xəbər verir ki, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum olunan Şirinov Vüqar Fərman oğlunun məhkəmə prosesinə hakim Əli Seyfəliyev sədrlik edəcək.

İttiham aktına görə, hadisə 2016-cı ilin martın 6-da axşam saatlarında rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “MM” çay evində baş verib.

Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib. O, aldığı güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Məlumata görə, çay evinin sahibi M. Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini Vüqar Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib.

Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib. Martın 6-da M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb.

V.Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “MM” çay evinə gələrək sahibkarın otağına daxil olub. V.Şirinov otaqda M.Qubadova 3 atəş açaraq onu qətlə yetirib və hadisə yerindən qaçıb.

V.Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçsa da, istintaqdan yayına bilməyib. Məlumata görə, onu valideynləri Ağsu rayon Polis Şöbəsinə təhvil veriblər.

Sonra o, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarına təhvil verilib. Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ondan götürülüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər