Şahmat Məktəbində əsaslı təmir və yenidənqurma işləri başa çatıb

783

Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbində aparılan müasir üslubda əsaslı təmir və yenidənqurma işləri başa çatıb. Yaxın gələcəkdə Məktəb istifadəyə veriləcək.

Qeyd edək ki, 1981-ci ildə yaradılan şəhər Şahmat Məktəbində hazırda 41 qrup fəaliyyət göstərir. Bu qruplarda 21 məşqçinin rəhbərliyi altında 508 nəfər uşaq, yeniyetmə, gənc şahmat və dama ilə məşğul olur. Məktəb ötən il Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Respublikada ilin ən yaxşı şahmat məktəbi” üzrə şəhərlərarası müsabiqədə birinci yerə layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər