Samsun böyükşəhər bələdiyyə başqanı Mustafa Dəmir Sumqayıtda olub – FOTO

2388

Türkiyə Cümhuriyyəti Samsun böyükşəhər bələdiyyə başqanı Mustafa Dəmir Sumqayıt şəhərində olub.

Səfər çərçivəsində bələdiyyə başqanı Mustafa Dəmir Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Sumqayıt bələdiyyəsinin sədri Sərviz Süleymanovla görüşüb.

Şəhər rəhbəri qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhəri  Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda  sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması,  modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Görüşdə vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bütün sahələrində özünü təsdiq edib. İki ölkə arasındakı münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında uğurla davam etdirilir.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə dost və qardaş şəhər olan Sumqayıt və Samsun arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra nümayəndə heyəti Sumqayıt şəhəri ilə yaxından tanış olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər