Şanlı Zəfərə aparan vətən sevgisi

901

Vətənpərvərlik şəxsiyyəti xarakterizə edən və insanı öz sahib olduğu varlığı üzərindən ucaltmış olan ən mühüm keyfiyyətlərdən birincisidir.
Vətən sevgisi olan insan sözsüz ki, digər dəyərlərə də sahibdir.
Vətən sevgisi beşikdən başlayır, anaların laylasında, ata- babaların öyüd- nəsiətində, müəllimlərin verdiyi dərsində aşılanır.
Əsğərlərimizin Vətən müharibəsindəki böyük qələbəsi uzun illərdir bu yöndə aparılan düzgün dövlət siyasəti və təlim-tərbiyyənin təcəssümü idi.
***
İllərdir aldığ yaraların acısıyla susub, səbr edən bir xalqın vətən sevgisi və birliyi, əsgərlərimizin mərdlik və şücaəti yalnız düşmənlərimizi deyil, çoxlarını heyrətə gətirdi. 30 illik səbrini zəiflik kimi qəbul edən bu mənəviyyatsız millət xalqımızın yenilməz vətənpərvərlik ruhunun nələrə qadir olduğunu anlamış oldular.
Azərbaycan əsgərinin tarix yazan qəhrəmanlıqları daha uzun illər boyu dillərə dastan olacaq.
***
Tarixin hər dövrünün öz xalq qəhrəmanları və onların tarixə əks olnun öz tipoloji qəhrəmanlıq dastanları vardır.
44 gün dəvam edən müharibə ərzində də xalqımızın yeni qəhrəmanlıq dastanı yaranmış oldu.
Bu dastan, düşmən taptağı altında 30 il inildəyən torpağlarımızın azadlıq həsrətinə son qoyaraq, “Qarabağ Azərbaycandır” adlı böyük bir tarixi zəfərə imza atıb, xalqımızı böyük qələbənin haqqlı qüruru ilə ucaldan qəhrəmanlığın dastanı idi.
Bu dastan qəhrəmanlarımız, xalqımızın öz soy kökünə xas olan mənəvi dəyərlərimizin ölməzliyini bir daha bütün dünyaya göstərdi.
Öz dövrünün “Dədə Qorqud”, Koroğlu” dastanlarının dəvamı olaraq, bu gün Azərbaycan əsgərinin yenilməz vətən sevgisi, torpağa bağlılığı, mərdlik və tolerantlığının dastan olduğu müasir qəhrəmanlıq modeli yaranmış oldu.
Bu dastan həmçinin, xalqımızın möhkəm dostluq, birlik və ailəyə sadiqliq kimi yüksək mənəvi keyfiyyətlərlini də təcəssüm etdirdi.
***
Şəhidlərimizi və dövlət atributlarını tanımaq, milli- mənəvi dəyərlərimizə hörmət etmək, hər bir vətəndaşın müqəddəs bir borcu sayılır.
Yetişməkdə olan gənc nəslə dövlət atributlarının mahiyyətinin düzgün təbliğ edilməsi, onlarda vətənpərvərlik ruhunun möhkəmləndirməsinə xidmət edən son dərəcə əhəmiyyətli məsələdir.
***
Qalib Azərbaycan əsgəri, qazilər və vətən sevgisinə öz canını qurban verərək, şanlı zəfəri tarixə öz qanıyla yazan ölməz Şəhidlərimizin əbədi xatirəsinə hörmət cəmiyyətin hər bir fərdinin unudulmaz borcudur!
Sədaqət Fuad, yazıçı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər