Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçisi: “Seçki prosesi mənə xoş təəssürat bağışladı” VİDEO

3417

Həmkarlarımla birgə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçi missiyasının tərkibində prezident seçkilərini izləyirəm. Səhər tezdən 44 saylı Sumqayıt–Xızı seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə prosesinə başlanmasını müşahidə etdim. Deyə bilərəm ki, səsvermə çox yüksək səviyyədə təşkil olunub.

Bu sözləri AZƏRTAC-a müsahibəsində ŞƏT-in təmsilçisi Cui Guojie deyib.

O qeyd edib ki, seçki məntəqəsində vətəndaşların konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirmələri üçün maksimum şərait yaradılıb. “Hazırlıq işləri və seçki prosesi mənə xoş təəssürat bağışladı. Əminəm ki, səsvermə uğurlu keçəcək”, – deyə Cui Guojie bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər