Saray qəsəbəsində ağır yol qəzası: avtomobil yoldan çıxıb, işıq dirəklərini aşırıb

1310

Abşeronda yoldan çıxan avtomobil işıq dirəklərini aşırıb. Hadisə rayonun Saray qəsəbəsində baş verib.

Qəsəbənin T.Alverdiyev küçəsindən keçən yolda hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yoldan çıxarıb.

Nəticədə yol kənarında olan bir neçə işıq dirəyini və yol nişanlarını aşırıb. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb, nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

Əraziyə polis əməkdaşları və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Xəsarət almış sürücüyə tibbi yardım göstərilib. Qəzaya görə yolda qısa müddətli tıxac yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

(Apa.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Mehriban Abdullayeva
    Noyabr 20, 2021 - 13:20

    Saray qəsəbəsi böyük ərazidir. Tərlan şadlıq sarayı yolu adı ilə tanınan küçə çox hərəkətli, həm də bu küçəyə çox perpendikulyar yollar çıxan küçədir. Əlavə yollardan bu küçəyə avtomobillərin giriş-çıxışı, eləcə də insanların küçənin qarşı tərəfinə keçməsi olduqca təhlükəlidir. Hər gün olmasa da, 3-4 gündən bir yolda hadisələr olur. Bütün bunlara baxmayaraq, küçədə yola perpendikulyar küçələrdən girə bilməkçün nə bir işıqfor, nə bir hadisələrə şahidlik edəcək kameralar var. Bu küçədə sürət həddi 50 km/saat olsa da belə avtomobillər 70-80 km/saatla hərəkət edir. Üstəlik qismən işıqlandırılmış küçədə. Xahiş edirəm, heç olmasa insanların yolu keçməsi və avtomobillərin kənar yollardan əsas yola giriş-çıxış etməsini təmin edəcək işıqfor quraşdırın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər