Saraydakı ağır qəzada xəsarət alanlardan biri öldü

3000

Ötən gün Abşeron rayonu Saray qəsəbəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan doqquz nəfərdən üçü evə buraxılıb.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, qəzada xəsarət alanlardan altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlardan birinə açıq kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır olub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, hadisə hərəkətdə olan 50-DG-539 və 90-EN-982 dövlət nömrə nişanlı iki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər