SDU-da Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib-FOTO

799
Sentyabrın 27-də Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
Anım Günü ilə əlaqədar olaraq, Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və tələbə heyəti əvvəlcə universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində xatirə abidəsini ziyarət etdilər və abidə önünə gül dəstələri düzüblər.
Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, unversitetin foyesində yerləşən monitorlarda Vətən müharibəsini əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycan Respublikası Təhsil nazirinin 07 sentyabr 2021-ci il tarixli F-42 nömrəli əmri ilə təsdiq olunmuş tədbirlər planına uyğun Sumqayıt Dövlət Universitetinin Tədbirlər Planı təsdiq edilmişdir. Bununla əlaqədar olaraq Sumqayıt Dövlət Univeristetində silsilə tədbirlər həyata keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər