SDU -da “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib -FOTO

219
Noyabrın 16-da Sumqayıt Dövlət Universitetində karantin qaydalarına əməl olunmaqla “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, polis polkovnik leytenantı Anar Əliyev, Sumqayıt şəhər Polis İdarəsinin Yetginlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi polis mayoru Azər Bağırov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Ülvi Zeynalov, “Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev və universitetin müəllim-tələbə heyəti iştirak etdilər.
Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq qonaqları salamladı, ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyətindən danışdı. Qeyd etdi ki, hər il minlərlə insan, əsasən, qadın və uşaqlar istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanı olurlar. İnsan həyatının xilas olunmasının önəmindən danışan prorektor bu sahədə vətəndaş cəmiyyətini daha fəal olmağa səslədi.
Tədbirdə Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Anar Əliyev insan alverinə qarşı mübarizəni genişləndirmək məqsədilə DİN-in mütəmadi tədbirlər planı hazırlayaraq həyata keçirdiyini, Azərbaycanın bütün təhsil ocaqlarında, xüsusilə ali məktəblərdə insan alverinə və terrorizmə qarşı mübarizə metodlarının maarifləndirilməsi işinin aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, hər bir vətəndaş insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalıdır.
Azər Bağırov insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə tələbələrə ətraflı məlumat verdi. İnsan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğu xüsusi vurğuladı.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Ülvi Zeynalov çıxış edərək insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət, yardım mərkəzinin fəaliyyəti və insan alveri qurbanları ilə aparılan reabilitasiya tədbirləri barədə geniş məlumat verdi.
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev çıxış edərək insan alverinin sosial hüquqi hadisə kimi ictimai orqanizmin normal inkişafına neqativ təsir etdiyini, insanların sosial davranışlarına, onların iradə azadlığına və psixikasına zərər vuran, insan alverini doğuran səbəblərin aradan qaldırılması və bu işin nəzarətdə saxlanılması, habelə onun xəbərdarlığı və profilaktikası məqsədilə vətəndaşların maarifləndirilməsini dövlətin cinayətkarlıqla mübarizə siyasətinin mühüm cəhətləri barədə məlumat verdi.
Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov insan alverinə qarşı mübarizəyə dair verilən geniş məlumata görə qonaqlara minnətdarlığını bildirdi, bu istiqamətdə Azərbaycan Hökuməti tərəfindən görülən işləri yüksək qiymətləndirdi.
Sonra mövzuya dair videoçarx nümayiş olundu və mövzu ətrafında müzakirələr aparıldı, tədbir iştirakçılarına bukletlər paylanıldı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər