SDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş onlayn formatda Beynəlxalq elmi konfrans keçirildi

826
2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar tarixli Sərəncamı ilə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etdi. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində “Nizami Gəncəvi İli” ilə bağlı Tədbirlər Planı hazırlandı. Tədbirlər Planına müvafiq olaraq, Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində SDU-da silsilə tədbirlər keçirildi.
Oktyabrın 28-də Sumqayıt Dövlət Universitetində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Dil, cəmiyyət, şəxsiyyət və Nizami Gəncəvi yaradıcılığı” mövzusunda onlayn formatda Beynəlxalq elmi konfrans keçirildi.
Konfransa Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Moldova və Çindən alimlər qatıldılar.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açaraq, qonaqları və tədbir iştirakçılarını salamladı, onları görməkdən məmnunluğunu bildirdi, konfransın əhəmiyyətindən bəhs edərkən, bu ilki konfransın coğrafiyasının daha da genişləndiyini, elmi məqalələrin sayının və nüfuzunun daha da artdığını söylədi. Rektor onu da qeyd etdi ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Odur ki, böyük sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamışdır. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini vurğulayan rektor, bunları nəzərə alaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan etməsini, öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, poetik aləmin dühası hesab edilən dahi Nizami Gəncəviyə və ümumən, klassik ədəbi irsimizə dövlət səviyyəsində verilən yüksək dəyərin bariz nümunəsi olduğunu qeyd etdi. Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə zaman–zaman geniş miqyasda təntənəli şəkildə təşkil olunmasını, yüksək səviyyədə keçirildiyini, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarının Nizami yaradıcılığının daha yeni müstəvidə və geniş rakursda tədqiqi, təbliği üçün böyük imkan yaratdığını bildirdi.
Universitetimizdə Nizami Gəncəvi adına tələbə təqaüdünün təsis olunmasını da, bu sahədə atılan mədəni hadisələrdən biri kimi qiymətləndirən rektor, bu adlı təqaüdə Universitet Elmi Şurasının qərarı ilə nizam – intizamı və intelekti ilə fərqlənən, dərs əlaçısı Filologiya fakültəsinin III kurs tələbəsi Oruclu Nəzrinin layiq görüldüyünü vurğuladı.
Rektor onu da bildirdi ki, bu gün Sumqayıt Dövlət Universitetində təşkil olunmuş “Dil, cəmiyyət, şəxsiyyət və Nizami Gəncəvi yaradıcılığı” adlı beynəlxalq konfrans da dahi şəxsiyyətin yubileyinə həsr olunmuş tədbirlərdən biridir. Həmçinin qeyd etdi ki, böyük şairin yaradıcılığında xüsusi önəm kəsb edən şəxsiyyət məsələsi, tarixi mərhələlərin sınağı qarşısında insan amilinin mövcudiyyatı, onun daxili aləminin dinamik inkişafı, mənəvi dəyərlər, cəmiyyətdəki mövqeyi və s. kimi problemlər bizim hazırki konfrans üçün də aktualdır.
Rektor onu da qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident cənab İlham Əliyev də milli-mənəvi dəyərlərimizə xüsusi diqqət göstərir. “Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlət başçısının sərəncamları ilə 2019-cu ilin “Nəsimi ili”, 2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisi, həm də təkcə ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir. Dövlət başçısının dahi şair, humanist mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin ölkəmizdə və dünyada təntənə ilə qeyd edilməsi, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı imzaladığı sərəncam Nizami Gəncəvi yaradıcılığının Azərbaycan xalqının mənəviyyat xəzinəsində rolu və yerini təbliğ etmək, gənc nəslə çatdırmaq məqsədi daşıyır.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Nizami Gəncəvi yaradıcılığında tarixi şəxsiyyətlər”, akademik Möhsün Nağısoylu “Nizami Gəncəvinin Yaxın Şərq ədəbiyyatında yeri”, Qırğızıstan Respublikasının Bişkek Dövlət Universitetinin Elm üzrə prorektoru, professor Qulnara Murzaliyevna Murzaxmedova “О месте поэзии Низами Гянджеви в кыргызской литературе”, Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Kalimaş Kapsamarovna Beqalinova “Об особенностях этического учения Низами Гянджеви”, Belarus Respublikasının Belarus Dövlət Universitetinin professoru Svetlana Valentinovna Snapkovskaya “Культурная безопасность: актуальные аспекты исследования”, Çin Respublikasının Çjetsyan bölgəsinin Xuçjou Universitetinin Xarici Dillər İnstitutunun dosenti Çjou Xunvey “Языковая картина мира как отражение национально-культурного своеобразия языка”, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Avtandil Məmmədov “Nizami Gəncəvinin yaradıcılığında multikultural ənənələr” mövzularında məruzə edərək konfransın əhəmiyyətindən danışdılar, müxtəlif ölkələrin alimləri arasında fikir və təcrübə mübadiləsinin faydasını nəzərə çatdırdılar. Bildirdilər ki, konfransın əsas məqsədi müxtəlif universitetlər, institutlar, elmi cəmiyyətləri təmsil edən mütəxəssisləri bir platformada toplamaq və onların bu sahədə olan dünyamiqyaslı ideyalarının paylaşmasını təmin etməkdir. Konfransın Nizami Gəncəvinin 880 illiyinə həsr olunduğunu diqqətə çatdıran çıxışçılar, cəmiyyətdə baş verən hadisələrə ümumbəşəri mövqedən yanaşmanın Nizami yaradıcılığında xüsusi yer tutduğunu qeyd etdilər, yüksək milli-əxlaqi, bədii-estetik, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışdılar.
Konfransın sonrakı işi haqqında məsul katib professor Nigar İsgəndərova məlumat verdi. Bildirdi ki, respublikamızın 20-dən çox ali və orta təhsil müəssisəsindən, 11 xarici ölkənin 16 ali və orta təhsil müəssisəsindən daxil olmuş 238 məruzə Proqram komitəsi tərəfindən seçilərək, plagiatlılığı və konfransın tələblərinə uyğunluğu yoxlanılmış və konfransın gündəliyinə 180 məruzə daxil edilmişdir.
Konfrans öz işini 5 bölmə üzrə iki gün davam etdirəcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər