SDU-nun bir qrup əməkdaşı mükafatlandırıldı – FOTOLAR

1251
Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilmişdir.
Oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri universitetin rektoru prof.Elxan Hüseynov açaraq təhsil işçilərini səmimi qəlbdən təbrik etdi, bu günün tarixi əhəmiyyətindən, ölkəmizdə aparılan təhsil siyasətinin prioritetlərindən, müəllimlərə göstərilən diqqət və qayğıdan söhbət açdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin ölkənin təhsil sisteminə böyük diqqət və qayğısı nəticəsində əldə olunan nailiyyətlər günümüzün danılmaz həqiqətidir. Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində istər hakimiyyətinin birinci dövründə, istərsə də ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün fəaliyyətini xalqın yüksəlməsinə, inkişafına, təhsilinə, rifahına və sivil qaydalarla yaşam tərzinin formalaşmasına yönəltmişdir. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli elm və təhsilin inkişafı, problemlərinin həlli istiqamətində həyata keçirdiyi siyasət də məhz ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələrin davamıdır. Prezident cənab İlham Əliyev hər il beynəlxalq müəllimlər günü ərəfəsində onlarca müəllimi fəxri ada, dövlət təltiflərinə layiq görməsi onun təhsil və elm sahəsində çalışan çoxsaylı ziyalılara göstərdiyi yüksək etimaddır. Bu sərəncam respublika müəllimlərinin böyük sevincinə səbəb olur, onların işə məsuliyyətini daha da artırır. Biz müəllimlərin də borcu bilikli, savadlı gənc nəsli yetişdirmək və Azərbaycanın uzunmüddətli inkişafını təmin etməkdir.
Tədbirdə rektor prof. Elxan Hüseynov Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətində qazandığı uğurlara görə bir qrup əməkdaşımızı Fəxri Fərman və pul mükafatları ilə təltif etdi. Daha sonra professor-müəllim heyətinin iştirakı ilə yüzlərlə gəncin yaxşı mütəxəssis, vətənpərvər vətəndaş, xeyirxah bir insan kimi formalaşmasında əvəzsiz xidmətləri olan, ömürlərinin yarım əsrdən artıq bir dövrünü Sumqayıt Dövlət Universitetinə həsr etmiş Neft kimyası və kimya mühəndisliyi kafedrasının dosentləri 80-ə yaxın elmi əsərin, o cümlədən, 15 ixtiranın müəllifi Bəsirə Humay qızı Məmmədovaya və 100-dən çox elmi əsərin, 20 metodiki göstərişin, 5 dərs vəsaitinin müəllifi olan Rəhilə İsmayıl qızı Məmmədovaya Fəxri Fərman və pul mükafatları təqdim olunaraq təqaüdə yola salındılar.
Tədbir universitetin Səma rəqs qrupunun və respublikamızın tanınmış incəsənət xadimləri Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva, populyar müğənnilər Xatun Əliyeva, Kərim Abbasov, Nicat Həsənli, Gözəlcan Qasımovanın ifalarında maraqlı musiqi proqramı davam etdirildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər