SDU-nun yubileyi ilə bağlı türkiyədən təbrik videosu

1023

SDU 60

Bu il 60 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən və 60 illik zəngin ənənələrindən faydalanaraq uğurlu addımlar atır.

Sumqayıt Dövlət Universitetinin  Beynəlxalq standartlara cavab verən, innovativ, reytinqli, yüksəkixtisaslı kadrlara malik olan universitetə çevrilmək, dünya reytinq cədvəllərinə daxil olmaq və beynəlxalq universitet statusuna sahib olmağı qarşıya hədəf qoyub. Eyni zamanda,  aparıcı xarici təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi də sas məqsədlərdəndir.

Sumqayıt Dövlət Universiteti ötən dövr ərzində beynəlxalq təhsil məkanına inteqrasiya, təhsil sisteminin modernləşdirilməsi, beynəlxalq əlaqələrin daha da genişləndirilməsi istiqamətdində mühüm layihələr həyata keçirib.

SDU beynəlxalq proqramlar çərçivəsində qardaş Türkiyə universitetləri ilə də əməkdaşlıq edərək, beynəxalq əlaqələrini ugurla davam etdirir. Həyata keçirilən uğurlu layihələr, görülmüş işlər Sumqayıt Dövlət Universitetini  cəlbedici edir.

Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə bağlı Türkiyədə hazırlanmış təbrik videosunu təqdim edirik:

https://www.akgazete.com.tr/haber/azerbaycan-sumgayit-devlet-universitesi-kurulus-yildonumunu-kutluyor-33714

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər