Səbuhi və qardaşının ürək ağrıdan mesajları: “Bilirəm, bütün yük üstünədi” – FOTO

497

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov və qardaşı Sənan Əhmədovun yazışmaları yayılıb.

Metbuat.az xəbər verir ki, “Whatsapp” yazışmalarını Elyar islamoğlu öz feysbuk hesabında paylaşıb.

Belə ki, Səbuhi mesajlarda qardaşına hər şeyin yaxşı olacağını və Sənanı çox istədiyini yazıb. Sənan da qarşılığında “Düzdür, Allah izni ilə. Mən də səni çox istəyirəm” yazıb.

İyul ayında qeyd edilən mesajlarda şəhid Səbuhi qardaşına məzuniyyət ayını sentyabr, yoxsa oktyabrda seçməsini soruşub. Sənan isə sentyabrda gəlməsini istəyib.

Səbuhi ona verdiyi sözü tutdu. Sentyabrda gəldi, amma digər günlərdən fərqli olaraq Sənan onu şəhid qardaşı olaraq qarşıladı…

Allah rəhmət eləsin!

Xatırladaq ki, Səbuhi Əhmədov sentyabrın 13-də Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olub. Valideyn himayəsindən məhrum olmuş Səbuhi və qardaşı SOS uşaq evində böyüyüb. Şəhidimiz İkinci Fəxri Xiyabanda dəfn olunub.

Bir bunu deyən yazı "01:43 ←ん Sebuhi Sim %21 Hersey yaxsi olacaq 07:58 Duzdu Allahin izniyle 08:03 Seni cox isdirem qa 11:24 Cevapsız görüntülü arama: 11:24 Mende seni qaqa 13:00 Oprem 20:35 Necesen ne var ne yox qaqa darixiram sensiz konturum yoxdu zeng elemeye yoxsa zeng ederdim 23:42 18 Temmuz 2022 Narhat olma qardasm hersey yaxsi olacaq Basmi asagi salb isdirem 09:31 09:31 Evmiz aylemiz herseyden onemlidi 09:31 Seni cox isdiyrem fikir eleme 09:31 Bilirem qa butun yuk usdundedi allah boyukdu bizmledi derd eleme 09:31 Men bide sentiyabrda meznuyyete gelim yoxsa dekabrda? 09:32 Qadan alaram qaqa sentyabirda deyecem gelersen Mesaj 09:33" şəkili ola bilər

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər