Seçki, yoxsa pulsuz tamaşa

1128

(Şəxsi müşahidələrim əsasında)

İlk olaraq başlayaq seçki öncəsi situasiyadan. Parlament seçkiləri öncəsi vəziyyəti qiymətləndirəndə bir məsələni qeyd etmək istəyirəm ki, builki seçkilər ötən parlament seçkiləri öncəsi durumdan fərqlənirdi. Fərqlilik birinci onda idi ki, dövlət tərəfindən ayrılan pul vəsaiti ləğv edilmiş, seçki marafonunda təbliğat müddəti azaldılmış, müstəqil, eləcə də müxalifət namizədlərinin qeydiyyat prosesində müxtəlif əngəllıər yaradılmışdı. Seçki marafonuna start verilən andan hakimiyyət dövlət strukturlarında çalışan insanların iradəsinə təsir göstəərərək, onları işlərini itirəcəyi hədəsi ilə birbaşa seçki prosesinə cəlb etdi. Kifayət qədər seçki təcrübəm olduğundan bu seçkilərdə də iştirak etmək qərarını verdim və 125 saylı Qubadlı-Zəngilan seçki dairəsində deputatlığa namizəd Anar Qasımovun seçki kompaniyasında yaxından qatıldım.

Deputatlığa namizədin görüşlərində öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşən insanlar indiyədək onların dairəsindən seçilmiş deputatın heç bir iş görmədiyindən ağızdolusu danışırdılar. Düzdür, bu görüşlərə icra strukturları tərəfindən müdaxilələr olsa da, təbliğat kompaniyası uğurla davam edirdi. Görüşlərin birindən qaçqınlardan biri bildirdi ki, “Mən Anar Qasımova səs verəcəyim təqdirdə, dövlət tərəfindən ayrılan çörək pulumun kəsiləcəyi ilə hədələyirlər”. Qanunsuzluqlar açıq şəkil almışdı. Belə ki, hakim partiaynın namizədi İmamverdi İsmayılovun təbliğatı üçün bütün icra struktiurları, eləcə də dövlət büdcəsindən maliyyələşən digər təşkilatların nümayəndələri əllərindən gələni edirdilər. Qanunsuzluq o, dərəcəyə çatmışdı ki, hakim partiyanın namizədinin təbliğat posterləri Qubadlı rayon Dövlət Sosial Müdafiəs Fondunun yerləşdiyi binanın, Poçt məntəqəsinin divarına vurulmuşdu. Bu qanunsuzluqlara isə nə DSK, nə də MSK reaksiya verdi.

SEÇKİ GÜNÜ

Nəhayət ki, gözlədiyimiz an gəlib çatdı. Həmin gün 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 35 saylı məntəqəsinə müşahidə aparacaqdım. Təxminən səhər tezdən saat 7:15 radələrində məntəqəyə gəldim. İlk andan qanun pozuntularını müşahidə etdim. Saxtakarlığa elə ilk dəqiqələrdən start verilmişdi.

1. Seçkiyə saat 8:00-da start verilməli olduğu halda, 07:15-də məntəqə açıq idi.
2. Məntəqədə polis var-gəl edirdi.
3. Seçki qutuları müşahidəçilərin iştirakı ilə möhürlənməli olduğu halda, əvvəlcədən möhürlənib hazır qoyulmuşdu.
4. Müşahidəçilər üçün normal şərait yaradılmamışdı.

Bununla bağlı iradlarımı 35 saylı məntəqənin sədri Sabir İsmayılova bilidrsəm də, o, bu qanun pozuntularınını aradan qaldırılması üçün tükünü belə tərpətmədi. Hətta məni hədələməkdən belə çəkinmədi. Qanundan bixəbər olan Mnsk sədri məni məntəqədən uzaqlaşdıracağını bildirdi. Sumqayıt qeydiyyatında olduğumu əsas gətirən Sabir İsmayılov mənim 125 saylı Zəngilan-Qubadlı dairəsinin ərazisində müşahidə aparmaq hüququmun olmadığını dedi. (Mən isə bunun qanun pozuntusu olduğunu və Seçki Məcəlləsində belə bir maddənin olmağığını və 40, 41 və 42-ci maddələri onun diqqətinə çatdırdım.) Stolunun üstündə Seçki Məcəlləsi olan və qanundan bixəbər olan Sabir İsmayılov məcəlləyə belə baxmadan, DSK-ya zəng vurdu. Oradan isə ona düzgün addım atmadığı izah olundu. 1048 seçicisi olan məntəqəyə 3% artıq bülletenin verilmədiyini və seçki bülletenlərinini sol küncünün əvvəlcədən kəsildiyini və bülletenlərin sayılmadığnğn şahidi oldum. Yenidən etiraz bildridikdə isə, qanun pozuntularının aradan qaldırılmasına cəhd belə göstərilmədi.

Bu məntəqədə 15-ə yaxın müşahidəçi olsa da, onlar qanun pozuntuların göz yumurdular.

Məntəqənin açılmağına 15 dəqiqə qalmış artıq qapının qarşısında xeyli seçicilər toplaşmışdı. (Elə bil 5 ildən bir keçirilən parlament seçkilərinin başlanacağı günü həsrətlə gözləyirdilər.) Saat 8-də mənətəqə açlıldıqdan sonra seçicilər kütləvi halda içəri doluşmağa başladılar. Mnsk növbəti qanun pozuntularını sıralamağa başladı.

1.Qapının ağzında qaydalara zidd olaraq həm barmaq yoxlanılır, həm də mürəkəb vurulur.
2.Şəxsiyyəti təsdiq edən sənədlə səs verilməli halda, sənədin surəti ilə də səsverməyə seçicilər buraxılırdı.
3.Bir şeçiciyə bir deyil, 2 və daha artıq bülleten verilirdi.
4.Məntəqə seçki komissiyasının üzvləri seçicilərin iradəsinə təsir göstərilirdi.
5.Hakim partiyanın namizədinin müşahidəçiləri seçicilərin iradəsinə təsir göstərir, hətta onların yerinə bülletenlərə işarə qoyurdular.
6.Məntəqənin çölündə hakim partiaynın namizədinin təbliğatı gedirdi. İcra strukturlarının nümayəndələri əllərində siyahı tutaraq seçicilərin iradəsinə təsir göstərirdilər. Seçicilər məntəqəyə toplu halda gətirilirdi.
7.Adları 35 saylı məntəqənin seçici siyahısında olmayan seçicilərin səsverməsinə şərait yaradılırdı.

Kütləvi pozuntularla bağlı məntəqə sədrinə dəfələrlə müraciət etsəm də, o, mənim bu iradlarıma əhəmiyyət verməyərək kobudluq edirdi. Ümid partiayısının müşahidəçilərinə də heç də ümid etmək olmazdı. Həmin partiyanı təmsil edən müşahidəçilər bütün bu qanunsuzluqlara göz yumur və dəstək verirdilər. Günorta saatlarında bütün bu qanunsuzluqlarla bağlı “Azadlıq” radiosuna məlumat verdim. Əraziyə gələn Norveç İnsan Hüquqları Fondunun nümayəndələri mənimlə görüşərək, mənətəqədə hansı halların baş verməsi barədə maraqlandılar. Səsvermə prosesinə start verildiyindən günorta saatlarına qədər olan kütləvi qanun pozuntuları barədə fond nümayənədələrinə ətraflə məlumat verdim. Bu məqamda özünü Ümid partiyasının müşahidəçisi adlandıran, Mnsk sədrinin qohumu olan Nail Cabbarov bizim danışığımıza müdaxilə etməyə çalışdı. Amma onun bu istəyi baş tutmadı.

Saat 3 radələrindən isə “seçicilərin” fəallığı artmağa başladı. Ümumiyyətlə, İcra Hakimiyyəti və MİS seçkilərə aktiv müdaxilə edir, seçicilərin öz fikrini ifadə etməsinə imkan vermir, məntəqə qarşısında icra strukturlarının nümayəndələri dayanaraq əllərində siyahı seçkiyə kimlərin gəldiyini və kimə səs verdiyini qeyd edirdi. Bu icra nümayəndələrindən biri məntəqəyə siyahı ilə daxil olduqda mən buna öz etirazımı bildirdim. O, isə öz gəlinlərini seçkiyə gətirdiyini bidirdi. Mən isə “Sizin əlinizdəki siyahıda 50-ə yaxın seçici haqqında məlumatlar qeyd olunub. Bunlar hamısı sizin gəlinlərinizdir?” sualına cavab vermək əvəzinə özünü aktyorluğa qoyaraq, əynindəki pencəyini çıxardıb çölə atdı.

Bu seçkidə maraqlı dairələr daha bir taktika seçmişdilər. Əvvəlcədən öyrədilən seçicilər gələrək, səsvermə zamanı bülletendə yazılanları oxuya bilmədiklərini bildirir və İmamverdi İsmayılovun müşahidəçiləri ona yol göstərirdilər. Bu hal kütləvi şəkildə baş verdi. Özünü ziyalı adlandıran insanların üzündən belə oxuya bilməməsini əsas gətirəndə “Bəs siz müəllimsiz şağirdlərinizə necə dərs keçirsiniz?” sualını verdiyim bir qadın seçici “Mənə belə tapşırıblar belə də etməliyəm” cavabını aldım. Bütün bunlar isə Mnsk üzvlərinin gözləri qarşısında baş verirdi.

Məntəqə ərazisinə gələn namizəd A.Qasımov özü də 35 saylı məntəqədə olub və bu zaman şahid oldu ki, bir seçici MnSK sədrinə yaxınlaşaraq deyib ki, “mən Qubadlı rayon İşıqlı kənd orta məktəbinin müəllimiyəm. Direktor bizə tapşırıb ki, səs vermə bülleteninin nömrəsini yazdırıb, möhürlədib gətirib məktəbə təhvil verin”. A.Qasımov buna öz etirazını bildirərək “Bu kobud qanun pozuntusudur və bununla seçicilərin sonradan kimə səs verdiklərini yoxlamaq və ya bu yolla seçiciləri psixoloji təzyiq altında saxlamaqla öz istədikləri, yəni İmamverdi İsmayılovun xeyrinə səs verdirməyə çalışırlar”.

Mnsk sədri mənə dedi ki, nə səs-küy salmısan nəticələr xoşuna gəlmir? Mən isə ona da dedim ki, sizdən fərqli olaraq mən nəticələri əvvəlcədən bilmirəm.
Səsvermə bitdikdən sonra bülletenlərin səsvermə prosesinə başlanıldı. Sayılma prosesinə də hakim partiyanın namizədinin müşahidəçiləri müdaxilələr edirdi. Bu proses başa çatdıqdan sonra yekun protokol tərtib edilməyə başladı. Məntəqə sədri yekun protokolun yazılması prosesini uzaltmağa çalışsa da, buna nail ola bilmədi. Və sonda protokolun surətini təsdiqlənmiş formada əldə etdim və seçki məntəqəsini tərk etdim. Məntəqənin çölündə isə İmamverdi İsmayılovun adamları keçik çəkirdi. Yəqin belə total saxtakarlıqlardan sonra saxta əldə edilmiş “qələbəni” yumağa hazırlaşırdılar.

Bir günüm də belə keçdi. Amma, bu gün yaddaşımda xüsusi iz buraxdı. 7 noyabr günü insanların necə ləyaqətlərini, mənliklərini ayaqaltına atıldığının şahidi oldum. Bütün bunlar 35 saylı məntəqədə baş verdi.

P.S. Dostlarımdan biri Facebook sosial şəbəkəsində öz profilində Sumqayıtda 11 sayli orta məktəbdə yerləşən məntəqələrdə müəllimlərin seçki qutusuna topa-topa bülleten atdığı barədə məlumat yerləşdirib. Məlumatda deyilir ki, həmin müəllimlərdən biri etiraf edib ki, Təhsil nazirliyindən və icra hakimiyyətindən onlara 70 manat verilib və tapşırılıb ki, hər müəllim 10 nəfər valideyni seçki prosesinə cəlb edərək karusel əməliyyatında iştirakını təmin etsin. Və o, da 70 manat aldığnğn və bunu etməyə vadar olduğunu deyib.

P.S.S. MSK birliyi buna hələ də göz yumur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • BAHAR
    Noyabr 23, 2010 - 12:05

    SECKIDEN ONCE BIZIM EVEDE ZENG GELMISDI.”INTERNET SES VERMEDE ISTIRAK ETMEK ISTEYIRSIZ?” DEYE SORUSDULAR.EVVEL ELE BILDIM INTERNETLE BAGLI NESE SORGUDU ONA GORE RAZILASDIM.SAYT ADI DEDILER.SONRA DA ORDAN ZENGILAN-QUBADLI SECKI DAIRESINE AID BIR NEFERE SES VERMEYI DEDILER.MEN DE TEBII KI,NEYE GORE SES VERMELIYEM KI DEDIM VE RAZILASMADIMM.
    MEN DE SECKIYE MECBURI GETTIM.USAQLARIN MUELLIMI COX XAHIS ETDI DEYE.ONLARA DA DIREKTOR MECUR EDIRDE.ISTEYEREK GEDEREM ,ISTEYREM YOX.NIYEE INSANLARI MECBUR EDIRLER EE.ELBETTE HAMI SECKIDE ISTIRAK ETMELIDI.AMMA HEC BIR NAMIZEDI TANIMIRQ.INETNETTEN ONLAR HAQQINDA MELUMAT ALIRIQ ,AMMA BU BES EDIRMI ONLARA SES VERMEK UCUN? GELIB BIR IS GORSUNLER BIZ DE HEVESLE GEDIB SES VEREK.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər