Sedat Saini: “Yenidən Azərbaycanda oynamq istərdim.”

1202

Birvaxtlar Ağdamın “Qarabağ” komandasının şərəfini qorumuş və mövsümlərarası transfer dönəmində adı Azərbaycan klubları ilə anılan türk əsilli makedon futbolçu Sedat Saini ilə söhbətləşməyi çoxdan düşünürdük. Gəl ki, onunla mövsümün əvvəlində kantakta girə bilmədik. Belədə onun ölkəmizə dönüş perspektivini də həmin vaxt müzakirə edə bilmədik. Amma gec də olsa, yarımmüdafiəçi ilə ölkəmizdən aldığı təkliflər və digər məsələlər barədə danışa bildik.

– Bildiyimizə görə, “Adana Dəmirspor”da çıxış edirdiniz. Hazırda da həmin komandanın şərəfini qoruyursunuz?

Hazırda da Türkiyənin “Ankara Dəmirspor” klubunun oyunçusuyam. Komanda çempinluğa oynayır. Turnir cədvəlində vəziyyətimiz də pis deyil. İnşallah, bu il yüksək dəstəyə çıxacağıq.

– “Qarabağ”dan ayrılmağınıza səbəb nə idi?

– Əslində, “Qarabağ”da yaxşı mövsüm keçirmişdim və komandadan ayrılmağı düşünmürdüm. Amma klub rəhbərliyi “Qarabağ”da gəncləşdirmə siyasəti aparacaqlarını bildirərək mənimlə əməkdaşlığa son qoydu.

– Siz sözügedən dövrdə komandanın əsas sialarından sayılırdınız. Maraqlıdır, “Qarabağ”da ən yaddaqalan oyununuz hansı olub?

– Bu baxımdan Quzanlıda “İnter”ə qarşı keçirdiyimiz oyunu qeyd edə bilərəm. Səhv etmirəmsə, bu, 16 illik fasilədən sonra Ağdamda keçirilən ilk oyun idi. Həmin qarşılaşmada yeganə qola mən imza atmışdım. Onu da qeyd edim ki, sözügedən qarşılaşmada yerli azarkeşlər bizi çox yaxşı qarşılamış və dəstəkləmişdilər.

Yeri gəlmişkən, öz oynadığınız dövrü necə xatırlayırsınız?

–  Azərbaycanda keçirdiyim bir il çox yaxşı keçdi və bu səbəbdən o dövrlə bağlı xatirələrim çox gözəldir. Düzdür, əsas hədəfimiz olan çempionluğu əldə edə bilmədik, amma ölkə kubokunu qazandıq. Komandadaxili abu-hava mükəmməl idi. Bundan başqa, həmin dövrlə bağlı xatirələrimdən dnışarkən, paytaxt Bakının yaddaşımda gözəl şəhər kimi qaldığını deməliyəm.

–         Ölkəmizdə vaxtınızı necə keçirirdiniz?

–         Açığı, o qədər də boş vaxtımız olmurdu. Gün ərzində komandanın məşq prosesində iştirak edirdik. Dincəlmək üçün ancaq axşamlar imkan tapırdıq. Asudə vaxt olanda Bakıdakı restoranlara gedirdik.

–         Ümumiyyətlə, Azərbaycan Premyer-Liqasını izləyirsinizmi?

–         Azərbaycan Premyer-Liqasının oyunlarını izləmək imkanım olmasa da, nəticələrlə, turnir cədvəlindəki vəziyyətlə mütamadi tanış oluram.

–         Premyer-Liqamızın səviyyəsində yüksəliş hiss olunur?

–         Son dövrlər Azərbaycan futboluna yaxşı sərmayə qoyulur. Digər tərəfdən, infrastruktur baxımından da irəlləyişlər var. Elə bir neçə il öncə “Qarabağ”ın Avropa Liqasının play-off mərhələsinə qədər yüksəlməsi, cari mövsümdə isə “Neftçi”nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması çempionatın səviyyəsinin yüksəlməsindən xəbər verir.

 –   Sizcə, indiki “Qarabağ”, yoxsa, sizin forma geydiyiniz dövrdəki   komanda güclü idi?

Dediyim kimi, qarşılaşmaların gedişini izləmək imkanım olmur. Bu üzdən o zamankı komanda ilə indikini müqayisə edə bilmərəm. Mənim forma geydiyim zaman qazandığımız ölkə kuboku hələlik sonuncu olsa da, avrokuboklar mövsümü uğurlu olmuşdu. Cari birincilikdə isə sabiq klubum çempionluğa çox yaxındır. İnşallah, ölkə çempionu adını qazanarlar.

 

– Yeri gəlmişkən, azərbaycanlı futbolçulardan kimin oyununu bəyənirsiniz?

–  Bu baxımdan keçmiş komanda yoldaşlarımın adını çəkə bilərəm. Mən “Qarabağ”da forma geyəndə onlar çox gənc idi. İndi isə ölkənin ən səviyyəli futbolçuları sırasındadırlar. Bu mənada, Rauf Əliyev, Əfran İsmayılov və Qara Qarayevin adını çəkə bilərəm.

–         Maraqlıdır, Azərbaycanla əlaqələriniz varmı?

–         Açığı, futbolçulardan heç kimlə əlaqəm yoxdur, amma “Qarabağ”ın rəhbərliyində yer alan bəzi şəxlərlə əlaqə saxlayıram.

–         “Qarabağ”dan ayrıldıqdan sonra ölkəmizdən təklif almısınız?

–         Mövsümün əvvəlində bir neçə Azərbaycan klubu mənimlə maraqlanırdı. Amma sonradan ortaq məxrəcə gələ bilmədik.

     – Sirr deyilsə, konkret hansı komandalarımızdan təklif almışdınız?

     – Açığı, o vaxt bu barədə məni məlumatlandıran menecerim Azərbaycan   klublarının məni baxışa çağırdığını dedi və mən də baxışa getməkdən imtina etdiyimdən razı olmadım. Elə bu səbəbdən də mənimlə hansı komandaların maraqlandığını soruşmadım.

– Yenidən Azərbaycanda oynamq istərdinizmi?

Düzü, hazırkı özümü “Adana Dəmirspor”da xoşbəxt hiss edirəm. Komanda çempionluğa iddialı olduğundan burda məni hər şey qane edir. Amma bununla belə, Azərbaycanın iddialı klublarından təklif alsam, yenidən ölkənizdə forma geymək istərdim.

 

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər