Şəhərin bir sıra sosial obyektlərində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir

797

Sumqayıt şəhər İcra hakimiyyətindən verilən məlumata görə hazırda şəhərinin bir sıra sosial obyektlərində müasir üslubda əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu cür obyektlər sırasına Sumqayıtın Tarixi Muzeyi, 1 saylı Uşaq Gənclər İdman Məktəbi, Uşaq Xəstəxanası, N.Nərimanov adına mədəniyyət evi daxildir. Şəhərin Tarixi Muzeyinin əsaslı təmiri başa çatdırılıb. Muzeydə bədii tərtibat işlərinin aparılması, yeni ekspozisiyanın qurulması, inventar və avadanlıqların alınması işləri gedir. Bülbül adına Uşaq İncəsənət Məktəbinin bir hissəsində əsaslı təmir işləri yekunlaşdırılıb, N.Nərimanov adına mədəniyyət evinin təmiri isə davam etdirilir.
Eyni zamanda, hazırda şəhərimizdə 17-ci mikrorayon ərazisində yeni inşa edilən Olimpiya İdman Kompleksində də tikinti işləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər