Şəhərin mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş bir sıra tədbirlər təşkil edilib

731

tedbir 001Sumqayıt şəhər mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı bir sıra tədbirlər təşkil edilib. Belə ki, F.Əmirov adına Uşaq Musiqi Məktəbində anım günü keçirilib. Tədbirdə müəllim və şagirdlərin ifasında şəhidlərin xatirəsinə həsr edilmiş şeirlər və musiqili kompozisiya səsləndirlib. “Gənclik” klubu tərəfindən 10 saylı kitabxana-filialla birgə “Şəhidlik əlçatmaz zirvədir” adlı xatirə gecəsi keçirilib. Tədbir zamanı faciəni əks etdirən şeirlər səsləndirilib, musiqilər ifa edilib.Tədbir iştirakçıları həmçinin faciə ilə əlaqədar Sumqayıt Dövlət Rəsm Qalereyası tərəfindən təşkil edilmiş səyyar sərgi və faciə ilə bağlı ədəbiyyatları əks etdirən “Azadlığın şəhidlik zirvəsi” adlı sərgi ilə tanış olublar. Bundan əlavə, Mərkəzi kitabxanada “Xatirələrdə əbədiləşən tarix”, 7 saylı uşaq kitabxanasında “Azadlıq yolunun 20 Yanvar gecəsi”, 3 və 16 saylı kitabxanalarda “Qanlı sabaha açılan gecə” adlı xatirə gecələri keçirilib, sərgilər təşkil edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər