Şəhid ailəsi Prezidentlə xanımını toya dəvət etdi – Video

1016

Dünən Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak ediblər. Açılışdan sonra Prezidentlə xanımı Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar. Söhbət əsnasında F.Cabbarova Prezidentlə Mehriban Əliyevanı oğlunun toyuna dəvət edib. 

Fəridə Cabbarova: Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz.

Prezident İlham Əliyev: Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin.

Birinci xanım Mehriban Əliyeva: Artıq bilirsiniz nə zaman olacaq?

Prezident İlham Əliyev: Tarixi məlumdur?

Fəridə Cabbarova: Bəli, deyərik.

Prezident İlham Əliyev: Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik.

Birinci xanım Mehriban Əliyeva: Böyük məmnuniyyətlə gəlib iştirak edərəm.

Prezident İlham Əliyev: Bilirsiniz ki, Mehriban xanım da bu məsələ ilə çox ciddi məşğuldur. Onun yeni fəaliyyət dövründəki ilk tədbiri məhz məcburi köçkünlərin problemlərinə həsr edilmişdir. Bu məsələni daim diqqətdə saxlayır və bu şəhərciklərin ərsəyə gəlməsində də onun böyük əməyi vardır.

Fəridə Cabbarova: Bəli, biz onu bilirik. Mehriban xanım keçən dəfə də buraya gəlmişdi. Hətta onu o qədər öpdülər ki, mən dedim, ay Allah Mehriban xanımın nə qədər səbri var. Çox sağ olsun, Mehriban xanımın da gördüyü işlər danılmazdır. Hər ikinizə minnətdarıq, Allah Sizləri Azərbaycana çox görməsin. Həmişə Sizi bir yerdə görək, ölkəmizin başında olasınız və xalqımız Sizinlə daim fəxr etsin, qürurlansın.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Elxan Qasımov: Yeni evimizdə ilk qonaq Siz olduğunuz üçün çox sağ olun. Sizin sözləriniz bizə ruh verir. Biz Sizin rəhbərliyinizlə Qarabağı azad edəcəyik, səhhətimdə problem olsa da, Sizin hər bir əmrinizə hazıram. Sağ olun.

Fəridə Cabbarovanın nəvəsi: Doroqoy Prezident, ya vas uvajayu i vas lyublyu.

Prezident İlham Əliyev: Nə gözəl uşaqdır.

Fəridə Cabbarova: Birinci sinfə gedir, rus dilində oxuyur.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər