Şəhid əsgər doğulduğu Gədəbəy rayonunda dəfn olunub – YENİLƏNİB

1743

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu torpağa tapşırılıb.

APA-nın yerli bürosunun məlumatına görə, cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olan Xəlilov Elşən Vüqar oğlu bu gün doğulduğu Gədəbəy rayonunun İnəkboğan kəndinin İnzibati Ərazi Dairəsinədaxil olan Qasımlı kəndində dəfn olunub.
Dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri vəSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininGədəbəy rayon şöbəsinin şəxsi heyəti iştirakedib.

***
Saat 18:45
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Lent.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər