Şəhid polkovnik – Milli Qəhrəman Şükür Həmidovun anım GÜNÜDÜR

268

22 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin şəhidlərindən biri – Milli Qəhrəman  Şükür Həmidovun anım günüdür.

Modern.az-ın məlumatına görə, Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. O, ailədə 10 uşaqdan biri olub.

Ş.Həmidov 1990-1993-cü illərdə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb.

1993-cü Bakı Ali Hərbi Məktəbinə daxil olub. 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək, leytenant rütbəsində Naxçıvanda hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib. Daha sonra bölük komandiri, tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində xidmət edib.

O, 2008-ci ildə Hərbi Akademiyanın müdavimi olduqdan sonra müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi vəzifələrdə çalışıb.

Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.

Silahdaşları bildirirlər ki, Şükür Həmidovun ən böyük arzusu işğal altındakı torpaqlarımızı, eləcə də doğma Qubadlı rayonunu işğaldan azad etmək olub.

Vətən müharibəsində Ş.Həmidov dogma Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.

Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyev Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışarkən deyib ki, Milli Qəhrəmanın adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək.

 

Prezident İlham Əliyevin sərəncamı ilə Şükür Həmidov  Vətən müharibəsindəki iştirakına görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ona ölkə başçısının sərəncamları ilə “Füzulinin azad olunmasına görə, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları da verilib.

Şəhid polkovnik Şükür Həmidov Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub.

Milli Qəhrəmanın 1 oğlu və 1 qızı yadigar qalıb.

Allah rəhmət eləsin…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər