Şəhid Rüfət Əhmədzadənin barelyefi açılıb

554
Sumqayıtda Vətən müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Əhmədzadə Rüfət Əbülfət oğlunun doğum günü qeyd olunub, yaşadığı evin qarşısında barelyefi açılıb.Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və YAP Sumqayıt şəhər təşkilatının  əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra iştirakçılar Rüfət Əhmədzadənin şərəfli ömür yolundan və döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıqdan danışıblar. Bildiriblər ki, şəhidlərimizin əziz xatirələri daim qəlblərdə yaşayacaq.

Sonda şəhidin oxuduğu məktəbin şagirdləri şeir söyləyiblər.

Qeyd edək ki, Rüfət Əhmədzadə Vətən müharibəsi zamanı Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər