Şəhid XTQ giziri Şəhriyar Quliyevin xatirəsinə park salınıb – Fotolar

916

Sumqayıtda Xüsusi Təyinatlı Qüvvələrin giziri, Qarabağ ordenli, şəhid Quliyev Şəhriyarın doğum gününə həsr edilən “Şəhidlər parkı”nın açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Vətən uğrunda canlarından keçən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən şəhid valideynləri təşkilatçılara minnətdarlığını bildiriblər. Daha sonra parkın, eləcə də parkda inşa edilən şəhidlərin xatirəsinə həsr olunmuş Ehsan bulağının və 513 şəhidin rəsmiləri əks etdirən lövhənin açılışı olub.

Qeyd edək ki, Ş.Quliyev 1990-cı il mayın 25-də Ağdamın Cinli kəndində anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. O, 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə XTQ-nin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Aprel döyüşlərində iştirak edib. Ş.Quliyev Vətən Müharibəsi zamanı oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Ş.Quliyev “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ailəlir idi, iki oğlu yadigar qalıb. Allah rəhmət eləsin!







www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər