Şəhidin həyat yoldaşı: “Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu… ” – VİDEO

1013

II Qarabağ müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan igidlərimizdən biri də şəhid Fariz Həsənovdur.

Musavat.com xəbər verir ki, şəhidin həyat yoldaşı Əzizə Həsənova “ATV” kanalında yayımlanan “Bizimləsən” proqramına qonaq olub.

O, mərhum həyat yoldaşından danışarkən göz yaşlarını saxlaya bilməyib. Əzizə Farizin ailəcanlı insan olduğunu, hətta bərbərə belə getməyərək saçını özü kəsdiyini bildirib:

“Həyat yoldaşım uşaqlar dünyaya gəldikdən sonra bərbərə getmədi, saçını özü kəsirdi. Dedi ki, ona verdiyim pulu uşaqlar üçün nəsə alarsan. Özü ac qalardı, amma uşaqlara heç vaxt korluq çəkdirməzdi.

O, şəhid olduqdan sonra, saçını kəsdiyi maşınkanın üzərində saçının telləri qalmışdı. Qıymadım onu atmağa. Götürdüm, adımızın baş hərflərini yazdırdım”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər