Şəhidin vəsiyyəti Türkiyəni kövrəltdi: Anam üçün...

343

Afrində fevral ayının 7-də şəhid olan türk çavuş Ömər Bilal Ağpınarın vəsiyyəti ortaya çıxıb.

sumqayitxeber.com axar.az-a istinadən bildirir ki, bu barədə “Milliyət” yazıb.

 Məlumata görə, şəhid ailəsindən halallıq istədiyi məktubu yanvar ayının 10-da, onunla birlikdə Afrində yaralanmış komandirinə təqdim edib.

“Qardaşım, səndən xahiş edirəm, mənə bir şey olana qədər məktubum səndə gizli qalsın. Bu döyüş xaçla hilalın, imanla inkarın, haqla batilin, küfr və tövhidin savaşıdır. Ona görə də anama, atama, qardaşıma və Nura deyin ki, üzülməsinlər, həyatlarının yerdə qalan hissəsini rahat keçirsinlər. Anama o istədiyi evi alsınlar. Dua etsin arada-bir, üzülməklə həyatını bitirməsin. Atam da, Bəyzadə də haqlarını halal etsinlər. Nura söyləyin ki, mən ondan doya bilmədim, ancaq getsəm, haqqını halal eləsin. Üzülməsin, o biri tərəfdə, inşallah, bir-birimizə qovuşacağıq. Birlikdə gəzməyi planlaşdırdığımız yerləri gəzsin, mənim yasımı tutmasın. Ailəmə yaxşı baxsın. Məni Safranboluya dəfn edin, qardaşım. Atamgilə deyin, dövlətin verəcəyi aylığın 10 faizini yenə Zəhra xalagilə versinlər”, – şəhid məktubunda yazıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər