Səhnədən ayrı düşən sumqayıtlı xalq artisti: Dəvət edən yoxdur - FOTO

1530
Bir müddət əvvəl sənəti tərk edib kənddə yaşayacağını bəyan edən xalq artisti, tanınmış aktyor Valeh Kərimov tədbirlərin birinə qatılıb.

sumqayitxeber.com yenicag.az-a istinadən verdiyi məlumata görə, aktyor sənətdən ayrı yaşamağın çətin olduğunu bildirib:

“Təqaüdə çıxan adam necə olacaq?! Filmlərə çəkilmirəm, tamaşada oynamıram. Aktyor səhnəsiz sudan çıxarılmış balığa bənzəyir”.

“Seriallara niyə çəkilmirsiniz?» sualını xalq artisti kövrələrək belə cavablandırıb: “Gərək dəvət etsinlər ki, seriala da çəkilim. Dəvət edən yoxdur”.

Aktyor onun üçün hansı rola çəkilməsinin fərqi olmadığını deyib: “Aktyor üçün hansı rolda oynamasının fərqi yoxdur. Əsas olan keyfiyyətli ssenaridir”.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər