Şəhriyar Məmmədyarov bu gün “Norway Chess” turnirinin qalibi ola bilər

343

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirinin qalibi ola bilər.

“Report”un məlumatına görə, 37 yaşlı qrossmeyster yarışın sonuncu – 9-cu günündə həmyerlisi Teymur Rəcəbovla ağ fiqurlarla oynayacaq.

Məmmədyarov hazırda 14,5 xalla ikinci pillədə qərarlaşıb. 6,5 xalı olan Rəcəbov 9-cu sıradadır.

15 xala malik norveçli dünya çempionu Maqnus Karlsen liderdir. 32 yaşlı iti zəka sahibi sonuncu görüşündə bolqarıstanlı Veselin Topalovla qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər