Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə etdi

121

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirinin bu gün start götürən XI turunda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.Modern.az xəbər verir ki, oyunda heç-heçə qeydə alınıb. Bununla da xallarını 7,5 çatdıran qrossmeysterlər şərikli liderə çevriliblər.

 

Qeyd edək ki, 7 xala malik Aniş Giri XI tur çərçivəsində ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər