Şəhriyar Məmmədyarovla qohum olan “Qurd”: “İkinci evliliyimin övladlarıma təsiri yoxdur” VİDEO

1259

Məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızı, bəstəkar Leyla Namazzadə ilə ölkədə tətbiq edilən karantin rejiminə rəğmən mart ayının 22-də nişanlanan, şou-biznesdə “Qurd” ləqəbi ilə tanınan repçi Fərid Eminov son açıqlamaları ilə uzun sürən sükutu pozub.

Sənətçi “ATV Maqazin 10larla”nın kamerası önünə keçərək övladlarından söz açıb.

O, birinci həyat yoldaşı ilə boşansa da, oğulları ilə tez-tez görüşdüyünü bildirib:

“Nələrisə gizlədən deyiləm. Oğluma vəziyyəti izah etmişəm. Allah mənə ömür versin ki, övladlarımın yanında olum. İkinci evliliyimin övladlarıma heç bir təsiri yoxdur. Onlar həftədə 3-4 dəfə yanımda qalırlar”.

“Qurd” evlənmə tarixini açıqlamaqdan boyun qaçırsa da, nişanlısını çox sevdiyini söyləyib:

“Toy tariximi açıqlaya bilmirəm. Çünki bu, zamandan asılı olacaq. Əgər həmkarlarım toyumda iştirak etsələr, məclisim mediaya açıq keçiriləcək. Sevməsəm, könlümə yatmasa, ailə qurmaq mümkün deyil. Məşhurların baxışı sadə insanlardan fərqlidir”.

Qeyd edək ki, reper bir dəfə ailəli olub. Onun bu evlilikdən iki oğlu var.
(oxu.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər