Şəkər xəstələrinə müjdə — YENİ DƏRMAN KƏŞF EDİLDİ

207
Amerikalı alimlər tibb dünyasında bir yeniliyə imza atıblar.
Kəşf edilən yeni dərman şəkərli diabet xəstəliyini iki ilə qədər gecikdirə bilir.
Yale universitetinin alimləri “Teplizumad” adlı dərman kəşf ediblər və dərmanı 14 gün qəbul edən şəkərli diabet riski yüksək olan xəstələrdə xəstəliyin inkişafı 2 ilə qədər gecikir.
“Sciencemag” elmi jurnalının xəbərinə əsasən, universitetin alimi Kevin Heroldun rəhbərlik etdiyi qrup dərmanı şəkərli diabet riski yüksək olan 76 xəstəyə tətbiq edib. Xəstələrin yaşı 8 ilə 49 arasında olub. Könüllülərin 19-unda diabet xəstəliyi inkişaf etsə də, yarısında da xəstəlik ləngiyib.
Jurnalın yazdığına əsasən, yeni dərman pankreastaki insulin ifaz edən hüceyrələri öldürən ağ qan hüceyrlərini immunitet sistemində dəyişdirir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər