Serj Sarkisyan həqiqəti etiraf etdi

1058

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həll edilməsinə ümid edir. Bunu Ermənistan prezidenti Serj Sarkisyan “Rossiya 24” telekanalına müsahibəsində deyib. Sarkisyan bildirib ki, ötən ilin yayında həmsədr-ölkələr və dünya ictimaiyyəti Ermənistanla Azərbaycanın əsas prinsiplərlə bağlı razılaşdığı qənaətinə gəlmişdi, lakin Kazan görüşü Azərbaycanın məsələnin həllinə hazır olmadığını göstərdi.

“Sonrakı hadisələr göstərdi ki, Azərbaycan əslində bu üç prinsiplə razılaşmır. Azərbaycan öz hərbi imkanlarını inkişaf etdirir. Amma buna baxmayaraq, biz danışıqların alternativini görmürük, çünki alternativ – hərbi əməliyyatlardır, bizsə hərbi əməliyyatların təzələnməsini əsla istəməzdik. Bilirsiniz, problemin məğzi – Dağlıq Qarabağ xalqının özünümüəyyənləşdirmə uğrunda mübarizəsidir”, – Ermənistan prezidenti belə deyib.

Serj Sarkistan bildirib ki, Ermənistan Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin qarantıdır və əgər məsələ hərbi əməliyyatlar mərhələsinə keçsə, Ermənistan bütün imkanları ilə Dağlıq Qarabağ əhalisini müdafiə edəcək. Bununla belə, Ermənistan prezidenti iki ölkənin imkanlarının bərabər olmadığını etiraf edib: “Belə bir sual ortaya çıxa bilər: Azərbaycan iqtisadi cəhətdən daha güclüdür axı, Azərbaycanda əhali daha çoxdur axı… Amma birincisi, bunlar ən əsas şərtlər deyil, ikincisi isə düşünmürəm ki, Ermənistan əhalisinin yaxud erməni icmasının hansısa faizi hər hansı bir təzyiq altında Qarabağı güzəştə getməyə razılaşsın. Ona görə də, əslində bütün mümkün üsullarla Qarabağı müdafiə edəcəyik. Düşünürəm ki, əgər belə bir şey baş verərsə, biz hərbi əməliyyatların dayandırılmasını məcbur edəcək üsullar tapacağıq. Bundan başqa, belə hallarda, əlbəttə ki, dövlətlərarası sazişlərimizdə müəyyən olunmuş qaydalara əsasən, öz hərbi-siyasi müttəfiqlərimizə müraciət edəcəyik”.

Müxbirin “məsələdə kəsişmə nöqtəsini mümkün hesab edirsinizmi?” sualına isə Ermənistan prezidenti belə cavab verib: “Əlbəttə. Düşünürəm ki, Kazan sənədləri hələ masanın üstündədir. Ona görə də, ümid edirəm ki, bir razılığa gələcəyik. Biz sadəcə məsələni həll etməyə borcluyuq, çünki hərbi əməliyyatlar bizi qane etmir, təbii ki, Azərbaycanı da qane etmir. Düşünmürəm ki, Azərbaycan əsgərləri, Azərbaycan xalqı müharibə etmək istəyir. Yeri gəlmişkən, biz heç bir xalqı öz düşmənimiz hesab etmirik. Lakin təəssüf ki, azərbaycanlıların beynində “ermənilər-düşmən” obrazını möhkəmlətməyə çalışırlar.”

anspress

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər