Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllim: “Yüksək bal toplamaq mənim üçün sevindirici oldu”

1121

Sumqayıt təhsili hər zaman öndə olub və müxtəlif bilik yarışlarında, olimpiadalarda şagirdlərinin göstərciləri ilə ilk sıralarda yer alıb. Məhz sertifikasiya mərhələsində də Sumqayıt müəllimlərinin nəticələri ilk sıralarda oldu.
Sertifikatlaşdırma imtahanında yüksək bal toplamış müəllimlərin biri də Mətləb Quliyev adına 3 nömrəli məktəbin ibtidai sinif müəllimi Aygün Səfərlidir.
Aygün Səfərli sumqayitxeber.com-a açıqlamasında bildirib ki, sertifikatlaşma prosesi çox şəffaf və yüksək səviyyədə təşkil olunmuşdu: “İmtahan öncəsi dəfələrlə müəllimlərlə məlumatlandırıcı göruşlər təşkil olunmuşdu. Həmin göruşlərdə muəllimlər üçün  qaranlıq qalan məqamlara aydınlıq gətirilmiş, onların suallarına ətraflı cavablar verilmişdi. Həmin cavablar da imtahanda öz əksini tapmışdır. Belə ki, suallar imtahan öncəsi təqdim olunmuş çərçivə sənədi əsasında təşkil olunmuşdu. Müəllimin peşəkarlıq və akademik biliklərini ölçəcək səviyyədə idi. Bir müəllim olaraq sertifikatlaşdırma mərhələsində iştirak etmək və yüksək bal toplamaq mənim üçün sevindirici bir hal oldu. Həqiqətən də  şagirdlərimizin daha da inkişaf etməsində, formalaşmasında müəllimlərin sertifikatlaşma prosesinin təsirini yaxın gələcəkdə də görəcəyimizə əminəm”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər