Sevgi: onu nə ilə əvəz etmək olar?

1125
Texnologiyaların sürətli inkişafı, predmet dünyasının və adamların sosial əlaqəsinin sürətlə dəyişməsinə gətirib çıxarır. İnsanlar arasında, o əvvəlki isti, canlı münasibətlər, tədricən öz yerini kəlmələrlədə deyil, daha çox  smayliklərlə ifadə olunun soyuq virtual ünsiyyətlərə verir.
Bu gün sevgi və qarşılıqlı hörmət, heç vaxt olmadığı kimi gərəkli və aktual olan bir dərs olub!
Uyğun olan bəzi hallarda tələbələrimə “Sizcə ən güclü silah nədir” sualını verirəm. Nüvə, bakrerioloji, kimyəvi silah və hətta,  Kalaşnikov deyənlərdə olur. Hamını dinləyib, hansını doğrulayacağımı gözlədikləri an mənim söylədim onları təəcübləndirir. Əslində soyuq silahlar deyil ən güclü olan. Ən güclü silah Sevgidir və onun qarşısında geri qalan bütün silahlar acizdir. İnsanı öldürmək olar, amma onun sevgisini almaq olmaz.
***
Sevgi insanın daxilindəki günəşə bənzəyir…öz işığı ilə qaranlığı aydınladır, soyuqda isindirir. O daxili işığın qarşısını kəsmək  cəhdi də baş tutmaz. Çünki, o vardırsa, mütləq öz işığını saçar.
Yaranışdan ən uca varlıq adəm oğluna məxsus və dəyəri heç bir şeylə ölçülə bilməyən məfhum olan insanlıq məhz sevgi, mərhəmət, xeyirxahlıq, müdriklik, empati, bir sözlə yaxşılıq adına ağla gələn dəyərlərdir.
***
Həyat bir mübarizədir və bu mübarizədə hər bir insan qazanmaq istəyir. Şübhəsiz ki, heç bir kəs qazanmaq üçün bir digərinə öncəlik şans tanımaz.
Lakin, insanlara yaşamaq üçün yeganə məskən olan, bu ölümlü dünyada, insanlara xas olan ən mühüm xüsusiyyət bölüşməyi və ortaq yaşamağı bacarmaq olmalıdır. Əfsuslar olsun ki, günün insanı ən mühüm olan mənəvi dəyərləri  unudur. Ünsiyyətlərdə şəxsi maraqlar əsas götürülür. Öz mənafeyini hər şeydən üstün tutan kəslər isə insansevərlik, vətənpərvərlik və ümumiyyətlə, bir insanı müsbət xarakterizə edən əksər şəxsi keyfiyyətlərdən kor olur.
***
Aldığı tərbiyyə və yaşayış şərtləri insanı həyatda çox yönləndirir.
Lakin, digər hər şey kimi xarakter də insana onun genlərində kodlanır. Həyatda hər şey insanı  yaranışdan ona yazılan missiyaya doğru aparır.
Bir insanın bütün şəxsi keyfiyyətləri onun həyat amallarında, məqsədlərində əks olunmuşdur. Əsl insan ləyaqəti məhz insanın öz məqsədlərinə doğru getdiyi  o yollarla müəyyən olunur. Bir çox hallarda insan öz məqsədinə çata bilmir. Lakin, əməllər ölmür və hər insan öz əməllərində yaşayır.
Dünya durmadan dəyişir, yenilənən dünya ilə bərabər insanlar, düşüncələrdə dəyişilir.
Texnologiyaların sürətli inkişafl insanlar arasında ünsiyyət sferalarını,  adamların sosial əlaqəsiini nə qədər dəyişsədə sevgi insanlar arasındakı münasibətlərdəki yeganə kəsir olaraq qalmaqdadır.
Sədaqət Fuad, yazıçı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər