SOCAR-ın “Azərikimya” İB-də aparılan modernizasiya və birgə layihənin gedişinə dair Almaniyanın səfiri ilə görüş keçirilib (FOTO)

170

“Azərikimya” İstehsalat Birliyində Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maninqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərikimya” İB-nin baş direktoru İmran Arzumanzadə “Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri və perspektiv layihələr haqqında məlumat verib. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan genişmiqyaslı yenidənqurma və modernizasiya layihəsi ilə paralel olaraq, SOCAR-ın neft-qaz emalı zəncirinin bitişik seqmenti olan “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda da analoji layihə həyata keçirilir. Gələn ildə layihənin tamamlanması ilə Sumqayıtdakı zavodun istehsalat imkanları artırılacaq, bu da SOCAR Polymer zavodlarının qarşıdakı illərdə birbaşa etilen və propilen xammalı ilə dayanıqlı təchizatına şərait yaradacaq. Nəticədə, Neft Emalı Zavodu – Azərikimya – SOCAR Polymer zənciri vasitəsi ilə daha yüksək dəyərə malik olan məhsullar istehsal olunaraq, ölkənin ixrac gəlirlərinə töhfə verəcək.

Görüşdə qeyd olunub ki, “Azərikimya” İB-də həyata keçirilən layihələrdən biri də Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin və gücünün artırılmasıdır. SOCAR-ın Almaniyanın UNİPER şirkəti ilə təsis etdiyi birgə müəssisəsi hazırda yeni Buxar Turbogenerator qurğusunu inşa edir.

Layihənin məqsədi Etilen-Polietilen zavodunun Buxar Generator Kompleksinin movcud 32 Mvt.saat (faktiki 13 Mvt.saat) layihə gücünün 65 Mvt.saat layihə gücünə çatdıraraq, təxminən 5 dəfə artırmaqdır. Bunun üçün əlavə turbogenerator quraşdırılacaq və mövcud texnoloji sistem təkmilləşdiriləcək. Gələn ildə layihə başa çatdıqdan sonra yeni Buxar Generator Kompleksi 65 mvt.saat gücündə çalışacaqdır ki, bu da “Azərikimya” İB-nin elektrik enerjisinə olan tələbatını tam ödəyəcək və Sumqayıt Elektrik Şəbəkəsindən əlavə enerji götürməyə ehtiyac qalmayacaq. Üstəlik, izafi qalan 35 mvt.saat elektrik enerjisi şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə və eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi təlabatçılarına ötürülə bilər.

Görüşdən sonra qonaqlar üçün “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna baxış təşkil olunub, həyata keçirilən modernizasiya layihələrinin gedişatı, o cümlədən Buxar Turbogenerator qurğusunun tikintisi ilə yerindəcə tanış olunub.https://cdn.trend.az/media/pictures/2019/11/28/socar_tedbir_281119_(2).jpg

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər