SOCAR-ın Karbamid zavodu mart ayından tam gücündə işləyəcək - VİDEO

2009

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCARkarbamid” zavodu bu ilin mart ayından tam gücündə işləməyə başlayacaq.

Bunu “Report”a Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.

“Karbamid zavodu tam gücünə mart ayında çıxacaq. Zavod tam gücü ilə işləməyə başladıqdan sonra ixrac üçün imkan yaranacaq. Öncə isə daxili tələbat ödəniləcək”, – deyə zavodun direktoru vurğulayıb.

Onun sözlərinə görə, ildə 500 min ton karbamidin ixracı nəzərdə tutulur və bu həcmin böyük hissəsi Türkiyə bazarına yönəldiləcək: “Türkiyə hazırda azot gübrəsinin ən böyük idxalçılarından biridir. Bundan başqa, Qara dəniz ətrafındakı ölkələrdən, xüsusilə Ukrayna və digər ölkələrin şirkətlərindən karbamidə tələbat var”.

X.Cəfərov ixracın həm yük avtomobilləri, həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə həyata keçiriləcəyini bildirib. O qeyd edib ki, hazırda BTQ-yə birləşdirilməsi nəzərdə tutulan dəmiryolu xətti (təxminən, 800 metr uzunluğunda – REP) inşa edilir və bu xəttin inşasının 6 aya yekunlaşması gözlənilir: “Məhsulun BTQ vasitəsilə ixracı ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə danışıqlar aparılır. Xətt tam işə düşdükdən sonra karbamidin dəmiryolu ilə ixrac ediləcəyi gözlənilir. Əvvəlcə ixrac böyük tonnajlı avtomobillər vasitəsilə həyata keçiriləcək. Lakin həcmin çoxluğu və müəyyən qənaət baxımından dəmiryolu sərfəli olduğundan ona daha çox üstünlük veriləcək”.

Karbamidin qiymətinə gəlincə, zavodun direktoru qeyd edib ki, hazırda Qara dəniz bazarında karbamidin 1 tonunun qiyməti 320350 dollar civarındadır: “Bu qiymətlərin artacağını gözləyirik. Hazırda qiymətlər 5 il əvvələ nisbətən azalıb. Bu isə yeni karbamid zavodlarının inşasına görə bazarda böyük həcmdə təklifin olması ilə əlaqədardır. Lakin düşünürük ki, bundan sonra təklif azalmağa doğru gedəcək. Bu da qiymətin artımına gətirib çıxaracaq”.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu yanvarın 16-da istifadəyə verilib.

Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. Bunun isə ölkəyə hər il 160 mln.dollara qədər əlavə gəlir gətirməsi gözlənilir.

www.sumqayitxeber.com

Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər