“SOCAR Polymer” ixrac gəlirlərini 23 faiz artırıb

165

“SOCAR Polymer” MMC ixrac gəlirlərini 22,9 faiz artırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-noyabr ayı ərzində “SOCAR Polymer” qeyri-neft sektoru üzrə özəl müəssisələrin ixrac reytinqində ikinci yerdə qərar tutub.

Müvafiq dövr ərzində “SOCAR Polymer” MMC 88,8 milyon dollar, ötən illə müqayisədə, 16,6 milyon dollar dəyərində daha çox qeyri-neft sektoru məhsulu ixrac edib. 2019-cu ilin eyni dövründə bu ixrac həcminin dəyəri 72,2 milyon dollar təşkil edib.

Qeyd edək ki, “SOCAR Polymer”ə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər