ŞOK! Əsgər yoldaşını güllələdi

1004

Azərbaycan ordusunda daha bir güllələnmə

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını yaralayıb. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Göyçay rayonundan hərbi xidmətə çağırılan, 19 yaşlı Orxan İlqar oğlu İsmayılov silahı boşaldan zaman ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı, 19 yaşlı Fərid Sadıqova dəyib.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə faktı təsdiqləyib.

Onun sözlərinə görə, yaralı əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, F. Sadıqov Goranboy rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

xezerxeber

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər