ŞOK QİYMƏTLƏRƏ saat brendləri – FOTO

1228

“BBC News” bir sıra bahalı saat modellərini təqdim edir. APA xəbər verir ki, icmalın elmi dəqiqliyə iddiası yoxdur və bu yazıda sadəcə, bəzi bahalı saat brendləri bir araya gətirilir.

richardmille saatı

Richard Mille 50-03 McLaren F1 saatı

Daily Mail nəşri yazır ki, dünyada cəmi 75 ədədi olan Richard Mille 50-03 McLaren F1 saatının qiyməti 2,33 mln. manatdır.

Richard Mille şirkətinin saytında, qrafenin istifadəsilə hazırlanan “50-03 McLaren F1″modeli, dünyanın ən yüngül saatı adlandırılır.

Onun kəmərlə birlikdə çəkisi 38 qram təşkil edir.

Breguet saatı

Breguet Grande Complication Marie-Antoinette – 54,19 mln. AZN

Breguet Grande Complication Marie-Antoinette saatı tarixi dəyərinə görə xüsusi yer qazanıb.

Onun qiyməti 54,19 mln. manatdır.

Bu saatı 1783-cü ildə Fransa kraliçası Marie-Antoinette-in sevgilisi əfsanəvi usta Abraham-Louis Breguet-ə sifariş etmişdi.

O buraxılanda ən qabaqcıl mexaniki saat hesab olunurdu.

Hazırda saat İsraildə, L.A Mayer adına İslam incəsənəti muzeyində saxlanılır.

"Graff Diamonds Hallucination"

“Graff Diamonds Hallucination” – 93,78 mln. AZN

“Graff Diamonds Hallucination” saatının astronomik qiyməti xüsusi mexanizmindən daha çox özünün zərgərlik dəyərilə izah oluna bilər.

Platindən hazırlanan qolbaq əlvan brilyantlarla bəzədilib.

Ablogtowatch.com saytına görə, bu əsərin hazırlanmasına minlərlə saat vaxt sərf olunub.

O, ilk dəfə Baselworld-2014 sərgisində nümayiş etdirilib.

“Bu saat mənim brilyant arzumu çin etdi”, – saatı hazırlayan Graff Diamonds şirkətinin başçısı Laurence Graff deyib.

Patek

“Patek Philippe Ref. 1518” – 19,25 mln. AZN

2016-cı ildə “Patek Philippe Ref. 1518” saatı İsveçrədə keçirilən Geneva Watch Auction hərracında 11 milyon isveçrə frankına (19,25 mln. AZN ) satılıb.

Dünyada bu saatın cəmi 4 nüsxəsi mövcuddur.

“Ref. 1518” İsveçrənin Patek Philippe şirkəti tərəfindən istehsal edilən polad bağlı və daimi təqvimli ilk seriyalı modeli olub.

Louis Moinet Meteoris Collection

Louis Moinet Meteoris – 8,184 mln. AZN

Qiyməti 4,8 milyon dollar olan bu saatın siferblatında, yəni rəqəmlər olan üz lövhəciyin altında əsl meteorit daşından istifadə olunub.

Nadir saat yalnız dörd nüsxədə buraxılıb.

Franck Muller Aeternitas Mega 4

Franck Muller Aeternitas Mega 4 – 3,89 mln. AZN

Aeternitas Mega 4 saatının mexanizmi 1,483 tərkib elementi bir araya gətirir.

O, ən mürəkkəb mexanizmlərdən biri ilə təchiz olunub.

Saatın təqvimi min ili əhatə edir.

Qeyd edək ki, bir neçə gün əvvəl dünya mediası İspaniyanın İbiza adasında yerləşən istirahət məkanlarından birində 22 yaşlı azərbaycanlı gəncin dəyəri 1,2-1.5 milyon funt-sterlinq aralığında dəyərləndirilənRichard Mille 50-03 McLaren F1 markalı saatının oğurlandığını yazmışdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər