SON DƏQİQƏ: İranda DƏHŞƏT, çox sayda ölü və onlarla yaralı var

1821

İranın Kirman şəhərində keçirilən general Qasım Süleymaninin cənazə mərasimində izdiham yaşanıb.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı azı 35 nəfər həyatını itirib, 50-yə qədər yaralı var. İran dövlət televiziyasının məlumatına görə, izdiham olduğunda təcili yardım briqadaları əraziyə yaxınlaşmaqda çətinlik çəkir. Buna görə də tələfatın artacağı istisna edilmir.

Xatırladaq ki, İran İslam İnqilabi Keşikçiləri korpusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymani Bağdadda ABŞ ordusunun hücumu nəticəsində öldürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər