SON DƏQİQƏ: Sumqayıtda zəncirvarı qəza baş verib, xəsarət alanlar var – FOTO

2299

Sumqayıtda zəncirvarı qəza baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. “Opel Zafira” markalı avtomobil qarşısında hərəkətdə olan “VAZ-21015” markalı avtomobilə dəyib. Zərbənin təsirindən “VAZ-21015” markalı avtomobil “Mercedes”ə çırpılıb. Yoldan çıxan “Mercedes” ağaclara dəyib.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər